Aslan Məmmədov
2026
100
bal
BANM
Pifaqor teoremi
a² + b² = c²
Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir.
Kvadratın kvadratı
(a + b)² = a² + 2ab + b²
Cəmin kvadratı böyük kvadratın dörd hissəyə bölünməsi kimi görünür.
Fales teoremi
∠ACB = 90°
Diametrə söykənən mühit bucağı həmişə düz bucaqdır.
Viet teoremi
x₁ + x₂ = −b/a
Kvadrat tənliyin kökləri əmsallar vasitəsilə tapılır, tənliyi həll etmədən.
Triqonometrik eynilik
sin²α + cos²α = 1
Vahid çevrədə Pifaqor teoreminin başqa görünüşüdür.
Kosinuslar teoremi
c² = a² + b² − 2ab·cos γ
Pifaqor teoreminin ixtiyari üçbucaq üçün ümumiləşməsi.
Qusar rayonunda, müəllim ailəsində böyümüşəm. Rəqəmlərə marağım uşaqlıqdan başlayıb — hesablamaq mənim üçün oyun idi. Məktəb illərində məntiq və riyaziyyat olimpiadalarında rayonumuzu təmsil etmişəm.
İllər keçdikcə anladım ki, riyaziyyatda çətinlik çəkən şagirdlərin əksəriyyəti qabiliyyətsiz deyil. Sadəcə mövzu onlara elə izah edilib ki, məntiq yox, ardıcıllıq yadda qalıb. Düstur unudulanda isə həll yolu da itir.
Ona görə hər mövzunu ilk növbədə niyə belədir sualı ilə başlayıram. Şagird səbəbi anlayanda düsturu əzbərləməyə ehtiyac qalmır — lazım olanda özü çıxarır.
Nəticə repetitor yanında keçən illərin sayından yox, öyrənmə metodundan asılıdır. Düzgün metodla qısa müddətdə də ciddi irəliləyiş mümkündür.
Dərs necə keçir
Mövzunun izahı
Düsturdan yox, səbəbdən başlayırıq. Qayda haradan çıxır, niyə belədir — şagird bunu anlamayınca növbəti addıma keçmirik.
Birlikdə nümunə həlli
Məsələni addım-addım açıram və hər addımda niyə məhz bunu etdik sualını verirəm.
Müstəqil iş
Şagird oxşar məsələni özü həll edir. Müdaxilə etmirəm — səhv etmək öyrənmənin bir hissəsidir.
Səhvlərin təhlili
Hansı addımda yanıldığını birlikdə tapırıq. Mövzu tam oturmayınca yenisinə keçmirik.
Real imtahan formatında suallar, dərhal nəticə və səhvlərin təhlili.
Qəbul və buraxılış imtahanlarında əldə edilmiş nəticələr. Məlumatlar şagirdlərin və valideynlərin razılığı ilə paylaşılır.
Aslan Məmmədov
2026
100
bal
BANM
Aida Orucəliyeva
2026
100
bal
BANM
Zeynəb Rzalı
2026
100
bal
BDU
Aysel Orucəliyeva
2025
100
bal
ATU
Lalə Salmanlı
2024
100
bal
Azərbaycan Tibb Universiteti
Fatimə Hüseynova
2024
100
bal
UNEC
Mövzuların izahı, imtahan suallarının həlli və metodla bağlı məsləhətlər. Qeydiyyat tələb olunmur — baxıb başlaya bilərsiniz.
Mövzunun izahı və toplu sual həlli.
Konus, piramida, prizma — fiquru fırlat, ölçüsünü dəyiş və açılışını addım-addım izlə. Səth sahəsi və həcm canlı hesablanır.